Böyük Britaniya kral ailəsinin ən kiçik üzvü - şahzadə Yelizaveta Diana Şarlottanın yeni fotoları yayılıb. Məlumata görə, bu dəfə fotoları Kembriç hersoqinyası olan anası Keyt Middelton özü şəxsi "Twitter" səhifəsində paylaşıb. Sabah kral aialəsi kiçik şahzadənin bir yaşını qeyd etməyə hazırlaşır.
Qızının ad günün öncəsi şəkillərini yayan ana bunun hər kəs üçün maraqlı ola biləcəyini yazıb.
Balaca Şarlottanın fotoları yaşadıqları Norfordda çəkilib. Şəkilləri çəkən isə hersoqinyanın özü olub. O, qızının bir il ərzində nə qədər böyüdüyünü nəzərə çatdırmaq istəyib.
Fotoların birində balaca şahzadə çəhrayı, birində isə mavi rəngdə dondadır.
Bir yaşı olan şahzadənin fotoları bir neçə dəfə yayılıb. Bu fotoları adətən kral ailəsinin istirahəti zamanı çəkilmiş olublar. Son olaraq Şarlottan bir neçə gün öncə atasının nənəsi kraliça II yelizavettanın 90 illik yubileyi ilə bağlı hazırlanan ailə fotolarında yer almışdı.
Yelizaveta Diana Şarlotta 2015-ci il mayın 2-də dünyaya gəlib. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 28 aylıq qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.
2012-ci ildə Krallıq Miras qanununda edilən dəyişiklikdən sonra Şarlotta dünyaya gəldiyi andan “Şahzadə Həzrətləri” tituluna sahibdir. Həmçinin bu dəyişikliyə görə gələcəkdə ailənin oğlan övladı olsa belə Şarlottanın taxt-tac varisliyi sirasındakı yeri dəyişilməyəcək.
İngiltərənin 10 aylıq şahzadəsi Şarlotta və qardaşı 2 yaşlı Corc indidən Böyük Britaniyanın "ən vacib insanları" sırasına düşə biliblər. Məlumata görə onlar "Tatler" jurnalının tərtib etdiyi "vacib insanlar" siyahısında ulu nənələri kraliça II Yelizavetanı geridə qoyub. Şarlotta reytinqə başçılıq edir, 2 yaşlı Corc isə 4-cü yerdə qərarlaşıb./anspress/