Dünyanın ilk pilotsuz sərnişin PUA-sı — FOTO
07.02.2018 862 0.0 0

Çin dünyanın ilk pilotsuz sərnişin PUA-sını uğurla sınaqdan keçirib.

Bildirək ki, "E Hang 184" PUA-sının sınaqları Çinin cənubundakı Quandun vilayətində baş tutub. Belə bir dronun sərnişini kabində tək olduğu üçün, havada hərəkət etmək üçün uçan aparatı idarə etmədiyi üçün həyəcanlanmamalıdır. Sadəcə oturacağa yayxanıb, təhlükəsizlik kəmərini taxmalıdır.
Çin televiziyasına müsahibə verən Xu Xuaçji deyib: "Hazırda ənənəvi uçuş aparatlarında tam avtonom uçuşlara nail olmaq mümkün deyil. Bu səbəbdən belə dronların gündəlik həyatda istifadəsi elə də uzaqda deyil".

Bununla yanaşı şirkətin rəsmisi qeyd edib ki, artıq insanlar fantastik filmərdəki hündürmərtəbəli binalar arasında uçuş səhnələrinə yaxınlaşıblar.  Bunu reallığa çevirmək olar.

Mühəndis əlavə edib ki, aparat elektrik batareyaları ilə işləyir. Çəkisi 100 kq-dan artıq olmayan sərnişini apara bilər. Dron 500 metr hündürlüdə, 100 km/saat sürətlə 25 dəqiqə fasiləsiz uça bilər./olke.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar