Dünyanın bir nömrəli cinayətkarının arzusu (VİDEO, FOTO)
17.01.2016 972 0.0 0

Dünyanın ən böyük narkotik baronu “Bəstəboy” ləqəbli İngiltərənin "Çelsi" klubunu almaq istəyib.

Məlumata görə, bunun üçün Qusman 868 milyon avro xərcləməyə hazırmış. 

Bu barədə Meksika mətbuatı xəbər verib. Yazılanlara görə, futbol xəstəsi olan Qusmanın həyatda ən böyük arzusunun futbol klubuna sahib olmaq və haqqında film çəkilməsi olub.“Bəstəboy” həbs olunduğundan sövdələşmə baş tutmayıb. Qusman narko ticarətlə məşğul olan "Sinaloa" kartelinə rəhbərlik edib. "Sinaloa" Meksikanın ən böyük narkokarteli sayılır. ABŞ-dakı kokain "bazar"ına təkbaşına rəhbərlik edən "Bəstəboy"un kartelinin gündəlik gəliri 323 milyon dollar civarında olduğu bildirilir. Karteldə 1500-ə yaxın cinayətkarın olduğu qeyd olunur.

 


Xoakin Qusman - Dünyanın ən varlı, ən təhlükəli “xaç atası”

Dünyanın bir nömrəli narkobaronu sayılan Xoakin yanvarın 8-də keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. “Bəstəboy”un həbs anı xüsusi bölmə əsgərlərindən birinin başında olan dəbilqəyə yerləşdirilən “GoPro” kamerası ilə çəkilib. Əməliyyatın gedişatında “Bəstəboy”un mühafizəçilərindən beş nəfəri öldürülüb, daha altı nəfər isə onunla birgə saxlanılıb.

 


"Çelsi" klubu

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar