"Citigroup", HSBC və "Standard Chartered" kimi dünyanın nəhəng bankları Çinin Müasir İpək Yolu layihəsində yer almaq üçün rəqabətə başlayıb.
"Financial Times"a istinadən xəbər verilir ki, bu layihənin 65 ölkəni, dünya əhalisinin 60%-ni və qlobal ÜDM-in 1/3-ni əhatə edəcəyi gözlənilir. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu da layihənin komponenti kimi qeyd olunub.
"Financial Times"a görə, bir çox bank artıq layihə ilə bağlı onlarla anlaşma imzalamağa nail olub.
"Standard Chartered"in baş icraçı direktoru Bil Uinters (Bill Winters) bildirib ki, bu layihə həyata keçirilərsə, bura axacaq özəl sektor investisiyaları çox iri həcmdə olacaq: "Yerli maliyyələşmə lazım olduğundan, işimiz fərqli komponentləri birləşdirmək olacaq".
"Citigroup"un Asiya-Sakit Okean bölgəsində bankçılıq bölməsinin rəhbəri Geri Kif (Gerry Keefe) isə açıqlamasında, ABŞ və Asiyadan bir çox qlobal müştərimiz bu layihəni, öz fəaliyyətini genişləndirmək üçün böyük fürsət kimi qiymətləndirir./Report/