Dünyanın 10 lənətlənmiş adamı - SİYAHI
23.10.2017 1231 0.0 0

Qazeta.info Kulis.az -a istinadla “Dünyanın 10 lənətlənmiş adamı”nı təqdim edir.

 

 

 

 

 

 

 

Qabil

 

Adəm peyğəmbərin oğlu. Rəvayətə görə qardaşı Habili öldürərək ilk insan qatili kimi tarixə düşüb.

 

 

Nemrud

 

 

İslam qaynaqlarına görə İbrahim peyğəmbəri oda atdıran şahdır.

 

 

Firon

 

Musa peyğəmbərə yəhudiləri də götürüb Misiri tərk etməyə icazə verir. Bir qədər sonra bu addımına görə peşman olur və qoşunla birlikdə yəhudilərin izinə düşür. Əfsanəyə görə Qırmızı dənizin sahilə çatanda firon görür ki, dəniz ortadan yarılıb, yəhudilər keçib gedirlər. Firon da qoşunu ilə birlikdə keçmək istəsən dəniz yenidən birləşir, o da ordusu ilə birgə qərq olur. Bəzi mənbələrə görə II Ramzes məhz həmin firondur.

 

 

Neron

 

 

Roma imperatoru. Əxlaqsız davranışları, Romanı yandırması və antixristian mövqeyi ilə məşhurdur. 

 

 

Əbu Ləhəb

 

 

Məhəmməd Peyğəmbərin əmisi. Əsl adı Əbdülüzza olsa da, Əbu Ləhəb, yəni “Atəşlər Atası” kimi tanınır. Peyğəmbərə və İslama sonsuz nifrət edirdi, hər fürsətdə qarşı çıxırdı. Quranda “Əbu-Ləhəb” surəsi var. Lənətlənmiş şəxsdir.

 

Yezid

 

 

Əməvi sülaləsinin ikinci xəlifəsi. 680-cı ildə hakimiyyətə gələndən sonra İmam Hüseyndən biət etməyi tələb edir. Yezidə boyun əyməyən İmam Hüseyn Kufəyə yollanır. Kərbəla adlanan çöldə ailəsi və tərəfdarları ilə birgə qətlə yetirilir.

 

 

Qraf Drakula

 

 

Vlad Tepeş kimi də tanınır. Valaxiya şahzadə olan Drakula rəvayətə görə 23.884 min türk və bulqarın həyatına son qoyub. Ölməzlik üçün insanların qanını içirmiş. “Drakula” tərcümədə “əjdəhanın oğlu” deməkdir. Brem Stokerin 1897-ci ildə yazdığı “Drakula” romanı ilə məşhurlaşaraq qorxu filmlərinin vazkeçilməz personajına çevrilmişdir.

 

 

Hitler

 

 

Nasist Almaniyasının rəhbəri. 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti. İkinci Dünya müharibəsinə əsas rol oynayan şəxslərdən biri. Holokost, o cümlədən, bir çox bəşəri cinayətlər onun adı ilə bağlıdı.

 

 

Henrix Himmler

 

 

III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımında təqsirli bilinir. Beljets, Sobibor, Treblinka kimi ölüm düşərgələrinin yaradıcısıdır. Deyilənə görə evindəki mebel və kitablar yəhudi qurbanların sümük və dərilərindən hazırlanıbmış.

 

 

Jozef Mengele

 

Osvensim ölüm düşərgəsində apardığı ölümcül eksperimentləri ilə tanınan alman həkim. 2 milyondan çox insanın öldürülməsində günahkar bilinir. Anesteziyadan istifadə etmədən bir çox əsir üzərində tibbi əməliyyatlar aparmışdır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar