Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır
11.01.2022 311 0.0 0

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 305 milyonu, ölənlərin sayı isə 5,48 milyonu ötüb.

Məlumata görə , bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST COVID-19-a ümumilikdə 305 914 601 yoluxma və 5 486 304 ölüm barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 736 233 nəfər, ölənlərin sayı 4 029 nəfər artıb.

Pandemiya dövrü ərzində antirekord 2022-ci il yanvarın 6-da qeydə alınıb. Həmin gün dünyada koronavirusa 2 741 367 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmalar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatlardan ibarətdir.

ÜST-ə bildirilən təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 59 138 083. Siyahıda sonra Hindistan (35 707 727), Braziliya (22 499 525), Böyük Britaniya (14 475 196) və Fransa (11 823 789) qərarlaşıb.

Dünyada koronavirusdan ən çox ölüm də ABŞ-dadır - 830 334. Siyahıda ikinci sırada Braziliya (619 937), üçüncü yerdə Hindistan (483 936) qərarlaşıb. Ondan sonra Rusiya (316 904) və Meksika (300 303) gəlir.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar