Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 295 222 031 nəfərə çatıb.
Bildirək ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 457 484 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 57 048 800 nəfərə çatıb, 830 071 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 35 018 358 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 482 551 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 328 252 nəfər virusa yoluxub, onlardan 619 654 nəfəri ölüb./Report/