Dünyada ilk dəfə- insan başı transplantasiyası əməliyyatı
08.06.2016 863 0.0 0

Dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.

 

“Daily Star”-a istinadən verilən xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı - 2017-ci ilin dekabr ayı – red.).    

 

Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar