Çinin elmlər akademiyasında çalışan bir qrup molekulyar bioloqlar tarixdə ilk dəfə olaraq bir meymunun iki eyni klonunu yaradıblar.
Bildirək ki, meymunların klonlaşdırılmasında daha əvvəl Dolli adlı qoyunun klonlaşdırıldığı metoddan istifadə edilib. Bu metodika elm üçün daha yeni imkanlar yaradır. Yava Makaka cinsindən olan klonlaşdırılmış meymunları çinlilər milli adlardan olan Çjunçjun və Xuaxu adlandırıblar. Alimlər tam identik gen toplumu primatları yetişdirə biləcəklərini qeyd edir. Alimlər sadəcə DNT-nin bir sahəsini dəyişərək bu nəticəni əldə ediblər.
Alimlərin dediyinə görə, klonlaşdırılmış Çjunçjun və Xuaxu adlı, müvafiq olaraq 8 və 6 ay əvvəl surroqat ana meymunlar dünyaya gətirib. Metodika üzərində 2 il işlədiklərini deyən Çinin Şanxay şəhərindəki Neyrofiziologiya İnstitutunun nəzdindəki Primatların Tədqiqatı Mərkəzinin direktoru Szyan Sun, bu metodun daha da təkmilləşdirib xərçəng xəstəliyi ilə yeni mübarizə metodları ortaya qoyacaqlarını da bildiriblər:
"Bu metodika ilə bir çox genetik xəstəliklərin mahiyyətini müəyyənləşdirib, yeni müalicə üsulları hazırlamaq olar. Bu günə qədər klonlaşdırmalarda doğuşdan bir neçə sonra ölüm halları müşahidə edilirdi. Bu dəfə isə biz həmin ölüm halının qarşısını almaq üçün genetik kodların bir hissəsini passiv hala salıblar. Gələcəkdə klonlaşdırma ilə yanaşı, xərçəng və immun çatışmazlığı kimi bir çox ağır xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa cəhd edəcəyik".
Tam eyni DNT-yə malik olan meymunların hazırda səhhətində heç bir problem yoxdur. Onlar müşahidə altında saxlanılır./Publika.az/