Dünyada bir ilk yaşandı (VİDEO, FOTO)
09.03.2015 848 0
Dünya ətrafında uçuşa hazırlaşan günəş enerjisi ilə işləyən Solar İmpulse-2 təyyarəsi bu gün Əbu Dabidən havaya qalxıb.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki,, tək oturacağa sahib təyyarənin 72 metr uzunluğundakı qanadı Boeing 747 təyyarəsinin qanadından uzun, ağırlığı isə təxminən bir avtomobilə bərabərdir.
Sİ-2-nin 72 metr uzunluğundakı qanadlarına 17000-dən çox günəş batareyaları qoyulub. Batareyalar 52 kilovat gücə qədər enerji hasil edir. Batareyalar həmçinin təyyarənin gecə işləməsi üçün dörd elektrikli mühərrikin qoşulu olduğu akumulyatoru doldurur.
Təyyarə iki alim Bertrand Pikkard və Andre Borsçberq tərəfindən 12 il ərzində düzəldilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər