CNN Türk-də birbaşa yayımlanan "Her Şey"' proqramında dava düşüb.
Məlumata görə, proqramın aparıcısı Mirgün Cabas ilə AK Parti-dən millət vəkilliyinə namizəd olan Savcı Sayan milyardlarla televiziya tamaşaçısının qarşısında mübahisə ediblər. Mübahisə o dərəcəyə çatıb ki, Cabas reklam arası elan edərək yayımı kəsməyə məcbur olub.
Bir dönəmlər Dəniz Baykalla yaxınlığı ilə tanınan və bu seçimlərdə Ak Parti-dən İzmir millət vəkilliyinə namizədliyini verən Savcı Sayan, namizədlərinqonaq olduğu "Hər Şey"ə qatılıb. Cabasın, CHP-dən AK Parti-yə keçişini və Dəniz Baykal istefa verərkən ağladığını xatırlatması, üstəlik də göz yaşı tökdüyü kadrları efirə verməsi Sayanı qəzəbləndirib. O, aparıcının xatırlatmalarına, “Kılıçdaroğlunun Camaata yaxınlaşması qədər kəskin deyildir” cavabını verib.
Bu sözünün ardından da, "Sizin şirkətinin ölkənin birliyi üçün heç bir zaman çalışmayıb. Siz araya nifaq salacaq birini dəyərləndirirsiz. Nifaq çıxartmaq üçünmü çağırdız məni?”, deyərək etirazını bildirib.
Mirgün Sabas deputatlığa namizədi alçaldaraq bu sözləri deyib: “Narahat olmayın, sizin nifaq yaradacaq bir çəkiniz. Namizədliyini verdiyiniz partiya üçün də önəmli deyilsiz. Yoxsa, yeddinci sıradan namizəd da göstərilməzdiniz”./anspress/