Dünya yeni fəlakətlə üz-üzə
29.04.2015 783 0
1986-cı ildə Avropa və Asiyanın böyük bir qisminə ciddi təsir edən Çernobıl kabusu təkrar geri dönüb.
Məlumata görə, dünən axşam saatlarından etibarən Çernobıl AES-in 20 kilometrliyində şiddətli meşə yanğınları başlayıb. AES-in üzəri betonla örtülsə də, ona doğru yaxınlaşan yanğın ciddi təhlükə yarada bilər. Belə ki, ekspertlər AES ətrafında yerə hopmuş radioaktiv şüanın yanaraq təkrar havaya qarışması təhlükəsini istisna etmirlər.
Ukrayna daxili işlər naziri Arsen Avakov Çernobıla doğru irəliləyən yanğınla bağlı beynəlxalq mühafizə xidmətinə xəbər verildiyini deyib.
Avropa radiasiya riski komitəsinin rəhbəri Dr. Sris Busbi dünyanın yeni bir Çernobıl fəlakəti ilə üz-üzə qaldığını bildirib./publika.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər