Dünya ŞOKDA - Stalin ölməyib - FOTOLAR
17.03.2017 5976 0.0 0

Stalin haqqında inanılmaz fotolar tapılıb.
Fotolara diqqətlə baxıldıqda belə insan aradakı fərqi tapa bilmir. Amma işin əsli budur ki, fotolarda gördüyünüz şəxs Stalin yox, onun əvəzləyicisidir.
"Dailymail"ə istinadən xəbər verilir ki, despotizmin simvolu kimi seçilən Stalin haqqında inanılmaz faktlar ortaya çıxıb.
Şəkildə gördüyünüz şəxs rəqqas və jonqlyor Feliks Dadayevdir. Sovet cəmiyyəti bu gerçəyi yalnız Sovet İtifaqqının son illərində bilib.
Uzun illər Kremldə Stalinin əvəzləyicisi olan F.Dadayev ölüm cəzasının qorxusundan uzun illər bu barədə bir kəlmə belə danışa bilməyib.
Nəhayət 88 yaşında Putin hökumətinin izni ilə danışan Dadayev bütün gizlinləri ortaya çıxarıb.
Dadayevin yeni bioqrafiyası genişdir. Belə ki, o, Stalini lazımi yerlərdə əvəz edə biləcək 4 əvəzləyicidən biri olub və onun "dublyorluğu" Yalta görüşlərindən tutmuş, mitinqlərə və Qroznı cəbhəsinə qədər uzanıb.
Rusiya mediasına bomba kimi düşən bu xəbər hər kəsi heyrətə salıb. İllərdir gəzən şayələrə ilk sübut olan Feliks Dadayev gəncliyini belə xatırlayır: "Gənc yaşlarımda hamı məni Stalinə bənzədirdi. Bəli, çox bənzəyərdik. Tək fərqimiz qulaqlarımın balaca olması idi. Bu bənzərliyi görən KQB nümayəndələri qrim vasitəsilə aradakı fərqi düzəldib məni geyindirərək mitinqlərə və digər ictimai yerlərə göndərirdi".

 

 

Dağıstanda dünyaya gələn F.Dadayevin arzusu rəqqas olmaq idi. Lakin müharibə onun arzularını könlündə qoyub.
1942-ci ildə Qroznı ətrafında gedən döyüşlərdə yaralandım: "Bizi xəstəxanaya gətirdilər. 9 nəfər idik. İki nəfər sağ qaldı. Onlardan biri də mən idim."
Dadayevin o zaman 20 yaşı vardı. İkili həyata məhz o zaman başlayan Feliksin ailəsinə onun ölüm xəbərini yolladılar.
"Günlərlə əzab çəkdim. Beriya hər gün mənimlə maraqlanırdı. Saatlarla Stalinin filmlərini izləyirdim ki, onun mimikalarını əzbərləyim. Təsəvvür edirsinizmi, bu plan həmin o dəhşətli komitənin rəhbərləri tərəfindən işlənib hazırlanmışdı."
İnsanlara sadəcə başımı tərpətməklə cavab verirdim: "Yuxusuz bir gecədən sonra səhər saat 9 idi. Məni Kremlə gətirdilər. Stalinin mühafizə sisteminin rəisi general Vlasik məni qarşıladı. O heyrətə düşmüşdü. Mənə yaxınlaşdı, pencəyimi düzəltdi və uzunboğaz çəkmələrimə baxdı."
Onun bu görünüşü hətta Stalinə ən yaxın adamları belə çaşdırırdı: "Mənim yanımda həmişə qrimçim olardı. Lakin onu hər zaman tapmaq olmurdu. Zaman-zaman bu işlə artıq özüm məşğul olmağa başladım. Diqqət etməli olduğum ən önəmli məsələ Stalinin davranışlarını və əl hərəkətlərini birəbir təqlid etmək idi."
Onun rolunu general Vlasikin qızı Nadejda Nikolayevna da təsdiq edib. O bildirir ki, bu fikirlər onun atasına məxsus olsa da, Dadayev bu işdə səbrli və istedadlı olmasaydı, onu da çoxdan güllələtmişdilər.
Stalin ölənə qədər Feliks Dadayevə qohumları ilə görüşmək, əlaqə yaratmaq qadağan olunub.
Dadayev öz bənzəri (Stalin) ilə yalnız 50-ci illərdə qısa bir müddətliyə görüşüb.
"O sui-qəsdən çox qorxurdu. Onun 4 "dublyor"u var idi. Adicə aeroporta gedən zaman fərqli avtomobillərdə fərqli "Stailin"lər tapmaq olardı"- deyə Dadayev əlavə edib.
Dadayevin ən böyük missiyası 1945-ci il Yalta görüşlərində iştirak etmək olub.
Yaltada Stalinə qarşı sui-qəsd təşkil olundu. 7 böyük rütbəli məmur işini itirdi. Onlar sadəcə olaraq işlərini itirdikləri üçün özlərini şanslı hesab edirdilər./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar