Tanınmış din alimi Misirdəki Dünya Müsəlman Alimlər Birliyi Başçısı Yusuf əl-Qəradavi, Beynəlxalq Polis Təşkilatının (İnterpol) onun haqqında qırmızı bülleten çıxarmasını tənqid edib.
Qazeta.info AA-ya istinadən bildirir ki, Qərdavinin verdiyi yazılı açıqlamada , '' Heç kəsi öldürmədim, öldürməyə də təşviq etmədim. Manassada, Respublika Gözətçiləri qərargahında, Rabia və Ramses meydanlarında minlərlə günahsızın qətl ortadaykən, İnterpolun haqqımda çıxardığı qırmızı bülleten mənasız. Qətl ədalətin və qanunun yasını tutan yoxdur ''deyə açıqlama verib.
Xatırladaq ki, INTERPOL Misirin tələbi üzərinə şənbə günü, Misir və Qatar vətəndaşı olan Qərdavi haqqında "Qəsdən olaraq cinayət törədilməsinə təşviq və yardım, məhkumların qaçmasına kömək,sabotaj, vandalizm və soyğun" səbəbiylə qırmızı bülleten çıxarmışdı.