«Dünya müharibəsi başladı» - Avropa təşviş içində
21.02.2016 1262 0.0 0

Almaniyanın “Welt am Sonntag” nəşri dünya müharibəsinin başlaya biləcəyini iddia edib.

Qazeta.info publika.az-a istinadla xəbər verir ki, nəşrin “Dünya müharibəsi ssenarisi” sərlövhəsi ilə yayımladığı xəbərdə Suriya münaqişəsində böyük güclərin üz-üzə gəldiyi deyilir: “Qlobal müharibə artıq qaçılmazdır. Barıt çəlləyini xatırladan Suriyada fəlakət ssenariləri artıq başlayıb və uzun müddətdən sonra dünya gücləri üz-üzə gəlib. Böyük müharibələr həmişə kiçik səbəblərdən başlayıb, indi də hər an hər şey ola bilər”.

Nəşr Rusiya, Amerika və Türkiyə təyyarələrinin açıq havada ova çıxmasını dünya müharibəsinin başlaması olaraq dəyərləndirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar