Dünya mediası Bakı hadisəsindən belə yazdı
19.05.2015 1206 0.0 0

Bu gün Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.

Məlumata görə, bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri və saytlar həmin faciə haqqında yazıb. Türkiyənin "Hürriyyet" saytı isə yanğını ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə müqayisə edib: "Eynilə 11 sentyabr kimi".

Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.

Xatırladaq ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb./anspress/

 

 

 

 

 


 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar