"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya birjalarında EUR/USD məzənnəsi yenidən bahalaşaraq 1.2370$-ın üzərində ticarət edilməkdədir və 1.2419$, 1.2531$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avroya olan tələbin də artmasına səbəb olur.
GBP
GBP/USD məzənnəsi də 1.4160$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.4218$-a kimi bahalaşarsa, artım dalğasının 1.4345$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır.
Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntilərinin artması funt sterlinqin bahalaşmasına təsir edir.
TRY
Türkiyə bazarlarında USD/TRY məzənnəsi 4.03TL-ə kimi bahalaşdıqdan sonra 3.97TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.00TL-nin altında qaldıqca, ucuzlaşma 3.94TL-ə kimi də davam edə bilər.
OIL
Enerji bazarlarında da neft qiymətlərində müsbət tendensiya davam etməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və qiymət bu səviyyənin üzərində möhkəmələnərsə, 73$ və 75$-a kimi də dəyər qazana bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1348$-a (43.2 $/qram) ticarət edilir və 1361$ (43.7 $/qram), 1366$-a (43.8 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır./trend/