Dünyaya bənzəyən daha bir planet tapıldı. Məlumata görə, ABŞ-ın Massacusetts Teknologiya İnstitutunun elm adamları bu barədə açıqlama veriblər.
Yeni planet Çilidəki teleskoplardan aparılan müşahidələr zamanı aşkar edilib. Planetə GJ 1132b adı verilib. Qalın bir atmosferə sahib olan planet dünyadan 39 işıq ili aralıda yerləşir.
Məlumata görə, yerə bənzərliyi ilə seçilən planet may ayında tapılıb. lakin onun barəsində məlumat hələ indi yayılır.
Hələlik elm adamları bu planetin yaşam olması üçün çox isti olduğunu deyiblər.
GJ 1132b planeti
Bu yerə bənzər ilk planet deyil. Belə ki, ilin əvvəlində yerə bənzəyən daha bir planet tapılmışdı. Astronomlar yeni kəşf edilən 8 planetdən birinin dünyaya çox bənzədiyini açıqlayıblar.
NASA-nın teleskopu Kepler ilə tapılan Günəş sistemindən kənarda yerləşən planetlərdən üçündə həyat əlamətləri müşahidə edə bildiyini deyib. Həyat əlaməti ola biləcək planetlər Kepler 438b, Kepler 442b və Kepler 440b adlandırılıb. Ən çox dünyaya bənzəyən isə Kepler 438b-dir.
Kepler 438b dünyadan 12 dəfə genişdir. Ulduzuna daha yaxın məsafədə olduğu üçün dünyadan 40 qat daha çox işıq alır.
Yeni planetin səhti dünya ilə müqayisədə daha istidir. Bu planet kənardan baxıldıqda daha qırmızı görünür.
Alimlər planetə dair daha ətraflı məlumat ədlə etməyin çətin olduğunu deyirlər. Çünki planet 475 işıq ili uzaqlıqdadır və tərkibindəki maddələr haqqında hələlik heç bir məlumat yoxdur.
İlin əvvəlində aşkar edilən Kepler planetləri./anspress/