Dünya çempionu olan qadın hamını təəcübləndirdi-FOTOLAR
31.03.2015 814 0
114 kiloqram çəkisi olan ev qadınının uğur hekayəsi eşidənləri təəccübləndirir.
Məlumata görə, İngiltərədə Cenni Klark adlı ev xanımı əvvəlcə darıxdığı üçün idman salonuna yazılıb. Burada ilk dəfə bodibildinqlə tanış olan qadın bu idman növü ilə ciddi maraqlanmağa başlayıb. O, məşqlər sayəsində 50 kiloqram çəki itirir.
Amma 36 yaşlı Cenninin nailiyyətləri bununla bitmir. Əzmlə məşqlərini davam etdirən qadın Bodibildinq və Fitness Birliyinin (Bodybuilding and Fitness Association - IBFA) təşkil etdiyi müsabiqənin, İngiltərə çempionu və dünya çempionu olur.
Bu işdə onun ən böyük dəstəkçisi isə həyat yoldaşı Dominik və 4 yaşlı oğlu Mason olublar./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər