Dünya çempionu Bakıda favoritdir
17.06.2015 751 0.0 0
Şosse velosipedi yarışlarına bir çox məşhur idmançıları qatılır

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Hollandiyalı velosipedçi Ellen Van Jik  birinci Avropa Oyunlarında 18 iyun tarixində Bilgəh çimərliyində keçiriləcəkyarışlarda iştirak edəcək. O, fərdlər arasında yarışda 25.8km məsəfə üzrə qızıl medal uğrunda zamana qarşı idman növü üzrə yarışacaq.

Onun üçün Bakı 2015-in velosiped idmanı üzrə iki ən güclü idmançıları olan Hanna Solovey (UKR) və An-Sofi Duyk (BEL) ilə mübarizə aparmaq olduqca çətin olacaq.

 

Van Jik - komandanın mühərrikidir 

 

Van Jik 2013-cü ildə keçirilən yarışlarda zamana qarşı yarış üzrə dünya titulunu qazanıb. Velosiped idmanı üzrə holland texniki direktoru Torval Veneberq bu idmançını istər zamana qarşı yarışların, istərsə də  iyunun 20-də Azadlıq meydanından başlanacaq şosse velosipedi yarışlarının aparıcı idmançısı hesab edir.

"Ellen Van Jik bizim komandanın mühərrikdir",- deyə Veneberq bildirib.

28 yaşlı hollandiyalı xanım zamana qarşı yarış üzrə öz dövrünün ən yaxşı idmançısıdır. Onun əsas avropalı rəqibləri alman idmançılarıdır. Van Jik Bakıda ən çətin yarışlarından birini keçirəcək.

 

Ciddi rəqiblərdən biri - Hanna Solovey

 

Hanna Solovey (UKR) də kifayət qədər güclü qüvvədir. 2014-cü ildə dünya çempionatında Van Jik yeddinci yeri qazandığı halda, 23 yaşlı bu idmançı gümüş medala sahiblənmişdi. 

2014-cü il dünya çempionatında Van Jikdən daha yaxşı nəticə göstərən avropalı idmançı An-Sofi Duyk olub. 27 yaşlı bu belçikalı idmançı həmin yarışı beşinci yerdə tamamlayıb və Bakıda keçirilən zamana qarşı yarışda da iştirak edib.

Vasil Kiryjenka (BLR) 59.4 km məsafə üzrə fərdlər arasında "Giro d'Italia" yarışlarında bir neçə dəfə zamana qarşı İspaniya milli çempionatının qalibi olan Luis Leon Sançezi (ESP) 12 saniyə qabaqlayaraq qalib gəlib. 33 yaşlı idmançı Belorusiya Federasiyası tərəfindən Bakıda zamana qarşı yarışlarda iştirak etmək üçün seçilib. Sançez də Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün seçilib.

 

"Giro d'Italia" iştirakçıları da Bakıdadır

 

Zamana qarşı yarış üzrə keçmiş İtalya çempionu Dario Kataldo 28 yaşlı Manuele Boaro (İTA) ilə birlikdə "Azzurri"-nin şərəfini Bakıda qoruyacaqlar. Kataldo "Giro d'Italia" zamana qarşı yarışları 38-ci yerdə bitirib.

Hollland Stef Klement (NED) zamana qarşı yarışlar üzrə keçmiş milli çempion olaraq 18 İyun tarixində Bakıda keçiriləcək yarışlarda kişilər arasında 51.6 km məsafə üzrə yarışlarda iştirak edəcək. O, "Giro d'Italia" zamana qarşı yarışları 14-cü yerdə bitirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar