Dünya çempionatının oyunlarına narkotik maddələrin gətirilməsinə icazə verilib
05.04.2018 4314 0.0 0

Rusiya Daxili İşlər Nazirliyi ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına narkotik maddələrin keçirilməsinə icazə verib.

Məlumata görə, mundialın Təşkilat Komitəsi ilə birgə hüquq-mühafizə orqanlarının əməkdaşları insanların stadionlara qadağan olunmuş maddələrlə buraxılması üçün xüsusi qayda müəyyənləşdirib.

DÇ-2018-də azarkeşlər əllərində resept olmaq şərti ilə dərman preparatları, narkotik və psixotrop maddələrlə stadionlara daxil ola bilər. Dərman siyahısı rus və ingilis dillərində təqdim olunmalıdır. 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar