İordan çayının qərb sahilində baş verən faciə dünyanı dəhşətə salıb. Məlumata görə, Nablus şəhərində yandırılan bir evdə 18 aylıq fələstinli körpə yanaraq can verib.
Məlumata görə, evi israillilər alovlandırıblar.
İsrailin baş naziri Benyamin Netanyahu hadisəni terror aktı kimi qiymətləndirib.
Yandırılan evdən çıxanlar isə insanın qanını dondurub. Evdən yanmış ailə fotoları, körpənin geyimləri çıxarılıb.
BBC-nin məlumatına görə, Duma qəsəbəsindəki evdə körpə öz ata-anası və böyük qardaşı ilə yaşayıb.
Yandırılan evin divarlarından birinə ibranicə "intiqam" yazılıb.
Yanaraq ölən körpənin geyimləri
Şahidlərin sözlərinə görə, eve yanğın bombası atılıb. Yanğın zamanı ailənin digər üzvləri yaralanıblar. Lakin 18 aylıq körpə onlar qədər şanslı olmayıb.
İsrailin polis sözcüsü Luba Samrinin verdiyi məlumata görə, hadisəni milliyətçilərin törətdiyi ehtimal edilir. "İlkin istintaq zamanı şübhəlilərin səhər erkən saatlarda qəsəbəyə girdiyi, evi yandırıb, yazılar yazdıqları məlum olub. Şübhəlilərin tapılması üçün araşdırma başlayıb".
Fələstin rəhbərliyi körpənin ölümündə İsraili ittiham edib. /anspress/
Yanaraq ölən körpədən geri qalanlar