"Business Insider" saytı qarşıdan gələn 50-100 il ərzində məhv olma təhlükəsi ilə üz-üzə olan dünyanın ən gözəl məknalarının siyahısını hazırlayıb. Siyahıda 20-yə yaxın ən gözəl mənzərə sahib olan yerlərin, meşələr, abidələrin də adı var.
Qazeta.info ANSPRESS-ə istinadla dünyanın itirilə biləcəyi gözəlliklərini təqdim edir:
1. Seyşel - siyahının birincisi tətil və bal ayı üçün ən gözəl məkanlardandır.
2. Kilimancaro qarları - romanlara belə mövzu olan bu qarlar yaxın bir əsrdə tamamilə əriyib yox ola bilər.
3. Mirador Tikal milli parkı - maya mədəniyyətinin son qalıqlarının yer aldığı parkdır.
4. Cadiz qəsəbəsi - İspanyanın Əndəlüs bölgəsindəki tarixi qəsəbə yox olma təhlükəsi altındadır.
5. Outer Banks - Şimali Koreyadakı gözəl bölgələrdəndir.
6. Madaqasqar meşələri - dünyanın ən böyük ikinci yağış meşəsi.
7. Glacier milli parkı - buzlaqları ilə məşhur bölgə qlobal isinmə təhlükəsi ilə üz-üzədir.
8. Venesiya - romantizmin paytaxtı 50 ildə tamamilə su altında qala bilər.
9. Galapagos adaları - sualtı yaşamın cənnəti də yox olma təhlükəsi olan yerlərdəndir.
10. Afrika Konqo yağmur meşələri - təbii həyatın ən zəngin olduğu bölgələrdəndir.
11. İsrail Ölü dəniz - möhtəşəm gözəlliyə malik sahil qlobal isinmənin qurbanı ola bilər.
13. Alp dağları - xizək sevənlərin bir nömrəli seçimidir.
14. Tac Mahal - dünyanın ən gözəl memarlıq abidələrindən biridir. Abidənin zəlzələlər, qlobal isinmə, mövsüm şərtlərinə görə məhv olma təhlükəsi var.
15. Mərcan rifləri - Avstraliyadakı ən zəngin dənizaltı dünyalarındandır.
16. Sfinks - Misirin ən görməli yerlərindən biri ildə milyonlarla turist cəlb edir.
17. Amazon meşələri - dünyanın ən böyük meəsi 35 ilə yox ola bilər.
18. Çin Səddi - dünyanın ən böyük tarixi miraslarından biridir.
19. Maldiv - gələcək nəsillərin nümayəndələri balayı cənnətini görməkdən məhrum ola bilərlər.