Dünya birjalarında neft ucuzlaşır
17.11.2016 691 0.0 0

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar azalaraq 45,43 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,47 dollar olub.

 

Neftin ucuzlaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının artması səbəb olub.

 

Azərbaycan neftinin bahalaşması davam edir.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,75 dollar və ya 1,60% artaraq 47,70 dollar təşkil edib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar