Dünya birjalarında neft bahalaşıb
25.08.2015 716 0
Uzun müddət sonra dünya birjalarında “qara qızıl”ın qiymətində artım müşahidə olunub.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar artaraq 38,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,68 dollar artaraq 43,37 dollar olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər