Dünya bazarında neftin qiyməti bahalaşdı
04.01.2016 923 0.0 0

Səbəb Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış gərginlikdir
 
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb.
 
RBK-ya istinadən verilən məlumata görə, dekabrın 4-nə keçən gecə London İCE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb.   
 
Nyu York birjasında isə WTI neftinin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub.
 
“Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə Sidneydəki CMC baş analitiki Rik Spuner söyləyib. Dubaydakı “Manaar Energy Consulting” analitiki Robin Mills də geosiyasi vəziyyətə dair qorxuların artdığını deyib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir../apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar