Dünya bazarında neft ucuzlaşır
20.09.2016 512 0.0 0

ABŞ-da ehtiyatların artma ehtimalı nefti ucuzlaşdırır.


Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq  43,08 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 45,81 dollar olub.

 

Beləliklə, ötən gün 0,5%-lik bahalaşmadan sonra dünya bazarında təklifin yüksək olması səbəbindən neft ucuzlaşmağa başlayıb. ABŞ-ın Energetika Naziri rəsmi statistikanı açıqlayacağı bir vaxtda "Standard & Poor`s" beynəlxalq reytinq agentliyi ötən həftə bu ölkənin ehtiyatlarını 2,8 mln. barel həcmində qiymətləndirib.

 

"Bloomberg" agentliyi analitiklər arasında apardığı sorğuya görə, neft ehtiyatlarında yüksək, təxminən 3,1 mln. barel artım qeydə alınacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar