Dünya bazarında neft ucuzlaşıb
16.09.2016 493 0.0 0

Dünya bazarında neft ucuzlaşıb.

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq  43,61 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar azalaraq 46,27 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb ABŞ, Liviya və Nigeriyadan nəql olunan neftin həcminin artması ehtimalıdır. Bu həftə Liviya və Nigeriya dünya bazarına nəql etdiyi neftin həcmini artıracağını bildirib. Qeyd edilən Afrika ölkələrində aparılan hərbi əməliyyatlar nəql olunan neftin həcminə mənfi təsir edib.

 

Yeri gəlmişkən, bu gün "Baker Hughes" şirkəti tərəfindən ABŞ-da quraşdırılan neft buruqlarının sayı ilə bağlı statistika dərc olunacaq. Qeyd edək ki, bu göstərici ötən 2 ay ərzində artım nümayiş etdirir.

 

Bununla yanaşı, bazar iştirakçıları ABŞ, Kanada və Qazaxıstanda hasilatın səviyyəsi ilə bağlı məlumatları diqqətlə izləyir.

 

Azərbaycan nefti bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,44 dollar və ya 0,93% artaraq 47,57 dollar təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar