Dünya bazarında neft ucuzlaşıb
05.07.2016 675 0.0 0

 


Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar azalaraq 49,57 dollar olub.

 

Norveçin "Rystad Energy" konsaltinq şirkətinin yaydığı məlumata əsasən, ABŞ-ın neft ehtiyatları Rusiya və Səudiyyə Ərəbistanının ehtiyatlarından çoxdur. Belə ki, ABŞ-da neft ehtiyatları 264 mlrd. barrel, Rusiyada 256 mlrd. barrel, Səudiyyə Ərəbistanında isə 212 mlrd. barrel təşkil edir. Bu xəbəri "Financial Times" qəzeti yaydıqdan sonra neft ucuzlaşmağa başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar