Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar artaraq 46,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 48,12 dollar olub.
Qeyd edək ki, bahalaşmadan öncə neftin qiyməti sürətlə ucuzlaşıb. Bir çox analitiklər ucuzlaşmaya səbəb kimi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının qlobal iqtisadiyyata mənfi təsir göstərməsidir ki, bu da öz növbəsində neftə olan tələbatı azaldacaq. Bununla yanaşı, ABŞ dolları yenidən möhkəmlənməyə başlayıb. Bu da nefti ucuzlaşdıran amillərdən biri idi. Bu xəbərlərin fonunda Brent markalı neftin qiyməti hətta 48 dollardan aşağı enib, lakin sonradan artım müşahidə olunub./apa/