Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb
05.02.2016 923 0.0 0

 Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.
 
“Reuters”ə istinadən verilən xəbərə görə, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.
 
Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
 
“Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, - deyə məlumatda vurğulanıb.
 
Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar