Dünya Bankı (DB) 2016-cı ildə neftin qiymətinin bir barel üçün proqnozunu 51-dən 37 dollara qədər azaldıb.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bu barədə Dünya Bankının rəsmi saytında dərc edilmiş beynəlxalq mal bazarları üzrə hər kvartalda baş verən hesabatında qeyd olunur.
DB analitikləri proqnozun pisləşməsini bir neçə amil ilə izah edirlər, bura neftə olan tələbat, eləcə də geosiyasi gərginlik də daxil edirlər. Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığını artırmasıdır. Bundan başqa, neftin qiymətlərinə, həmçinin Neft ixrac-ölkələr təşkilatının (OPEC) siyasi məqsədlərini dəyişməsi, eləcə də dolların kursu təsir edir.
Neftə qiymətlər 2015-ci ildə 47 faiz düşüb və bankın ekspertləri hesab edirlər ki, 2016-cı ildə onlar daha 27 faiz düşəcəklər. Beləliklə Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib.
Dünya Bankının mərkəzi ofisi
Qeyd edək ki, Dünya Bankının bundan öncə açıqladığı proqnoza bu rəqəm 51 dollar təşkil edib. Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib. Hesabatın müəlliflərinin fikrincə, qiymətlərin gözlənən bərpası 2008, 1998 və 1986 ildə kəskin düşmədən sonra daha az hiss olunacaq dərəcədə olacaq. Bununla əlaqədar olaraq cari proqnoz sonrakı azalmanın riski altında qalır.
Keçən il DB ekspertlərinin proqnozlarına görə, 10 il sonra “qara qızılın” bir barelinin dəyəri inflyasiya faktoru nəzərə alındığı zaman 2010-cu il qiymətləri ilə müqayisədə 70,8 dollar təşkil edəcəyi qeyd olunub.
Dünya Bankının neft proqnozu (ABŞ dolları)
Dünya Bankının hesabatına görə, 2015-ci ildə nominal qiymətlərlə bir barrel neftin qiyməti 57,8 dollardan çox olmayacaq. 2016-ci ildə bu göstərici 61,2 dollara qədər yüksələcək. Sonrakı illərdə isə belə bir vəziyyət proqnozlaşdırılır: 2017-ci ildə – 63,7 dollar, 2018-ci ildə 66,3 dollar, 2019-cu ildə 69,1 və 2020 ci il üçün 71,9 dollar. 2025-ci ildə neftin nominal qiyməti bir barrel üçün 88,3 dollar səviyyəsinə çatacağı gözlənilir ki, bu da 2010-cu il qiymətləri ilə müqayisədə reallıqda 70,8 dollar təşkil etməlidir.
Dünya Bankı ekspertləri neftin qiymətlərinin həmçinin müqayisəli qiymət proqnozlarını tərtib ediblər. Bu zaman gələcək illərdəki qiymətlərin 2010-cu illə müqayisəsi inflyasiya faktoru nəzərə alınmaqla dəyərləndirilib: 2015-ci ildə bir barel neftin qiyməti 54,4 dollar təşkil edəcək, gələn il isə bu göstərici bir qədər artaraq 56,6 dollara çatacaq. Sonrakı 2017-ci ildə 58,2 dollar, 2018-ci ildə 59,7 dollar, 2019-cu ildə 61,2 dollar və 2020 ildə isə 62,7 dollar.
Nominal qiymətlərlə bir barrel neftin qiyməti (ABŞ dolları)