Dünya Bankı dünya iqtisadiyyatının artım proqnozunu aşağı salıb
07.01.2016 433 0
Dünya Bankı 2016-cı ildə dünya iqtisadiyyatının artım proqnozunu iyunda proqnozlaşdırılan 3,3%-dən 2,9%-dək aşağı salıb.
Məlumata görə, bu barədə Dünya Bankının açıqlamasında deyilir.
Bununla belə, 2015-ci il ilə müqayisədə dünya iqtisadiyyatının artım sürəti yüksələcək. Bankın proqnozuna görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı 4,8% artacaq, ABŞ-da 2,7, Avrozonada 1,7% artım müşahidə ediləcək. Çin iqtisadiyyatında isə 6,7% tənəzzül gözlənilir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər