Dükan və bazarlarda nəzarət tədbirləri gücləndirildi
22.12.2015 573 0.0 0

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul etmişdir.
Qazeta.info  İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən bildirir ki, bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilmişdir.
Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar