Dubay əmiri 600-dən çox məhbusu əfv edib
28.11.2017 654 0.0 0

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib.

Məlumata görə, bu qərar dekabrın 2-də BƏƏ-nin yaranmasının 46-cı ildönümü münasibətilə qəbul edilib.

Həmin gün həmçinin dövlət və özəl şirkətlərin əməkdaşlarına əlavə istirahət günü veriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar