DTX-nin Nardaranda bölməsi açılıb
16.05.2016 569 0
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.
DTX-nin saytına istinadən verilən xəbərə görə, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.
“Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur” – deyə, məlumatda qeyd olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər