DTX-dan Avis apteklərində keçirlmiş əməliyyat xəbərinə açıqlama
29.01.2016 598 0.0 0

“Bizim Xidmət Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Qazeta.info xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə bəzi KİV-lərdə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edək ki,bir az əvvəl musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar