“Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”. APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.
M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: “Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.