Döyüşlərdən sonra ilk - Məmmədyarov və Nalbandyan bir arada
08.04.2016 792 0.0 0

Rusiyanın paytaxtı Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə görüşüb. Məlumata görə, XİN rəhbəri Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün ötən gün Rusiyaya gedib.

İclas çərçivəsində Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla da qarşılaşıb. İki nazir əl verərək görüşüblər. Türkiyə mətbuatı nazirlərin bu görüşünü son günlər vəziyyətin gərginləşdiyi işğal altında olan torpaqlarda münaqişənin həlli üçün ümidverici addım adlandırıblar. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar