Qazeta.info Azinforum.az-a istinadla xəbər verir ki, yola saldığımız 2015-ci ildə Azərbaycanın milli valyutası iki dəfə devalvasiyaya uğrayaraq xeyli dəyər itirdi. Yenicə qədəm qoyduğumuz 2016-cı ildə manatın dollara nisbətdə bir qədər də ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumata görə, Azərbaycan hakimiyyəti manatın nüfuzunu qaytarmaq üçün bir sıra addımları atmağı planlaşdırır. Belə tədbirlərdən biri kimi yeni dizaynda manatın dövriyəyə buraxılması göstərilir. Bəzi ekspertlərin fikirinə görə, bu prosesdən sonra əhali arasında yaradılan süni dollar ajiotajına son qoyula bilər.
Saytımızın elektron ünvanına yeni dizaynda olacaq manatın fotoları da göndərilib. Yeni pulların Almaniyada çap ediləcəyi bildirilir. Biz bu məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə yarada bilmədik. Bayramla əlaqədar qeyri-iş günü olması səbəbindən rəsmi qurumun mövqeyini öyrənmək mümkün olmadı.
Mövzu ilə bağlı Mərkəzi Bankın mövqedyini dərc etməyə hazırıq.