Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb
04.11.2017 1742 0.0 0

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılmışdır.

 


Qazeta.info DTX-nın mətbuat xidmətinə istinadla bildirir ki, Miryusif Soltanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar