Dövlət neft sektorunda çalışan işçilərin maaşı artacaq
05.02.2016 552 0.0 0

 "Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir". Qazeta.info "APA-Economics"-ə istinadla xəbər verir ki, bu barədə gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - deyə R. Abdullayev bildirib.

 

Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, SOCAR prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız (əmək haqları - red.) arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar