Dövlət idarəisində içərisi pul olan seyf oğurlanıb
28.04.2016 657 0
Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.
Rayonun Muğanlı kənd sakinlərinin verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.
Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər