Dövlət Departamenti: ABŞ səfirliyinin Qüdsə köçürülməsi yaxşı ideya deyil
05.01.2017 757 0.0 0

“ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi Yaxın Şərqdəki ABŞ hərbçilərinin həyatını təhlükəyə ata, sülh  prosesinə maneə törədə bilər”.

 

“AA”-na istinadən verilən xəbərə görə, bunu ABŞ Dövlət  Departamentin sözçüsü Con Kirbi deyib. Onun fikrincə, səfirliyin yerinin dəyişdirilməsi yaxşı ideya deyil: “Bu, ümumi danışıqlar prosesinə də müsbət təqsir etməyəcək”.

 

Qeyd edək ki, Dövlət Departamenti bu açıqlamanı yeni seçilmiş prezident Donald  Trampın ABŞ səfirliyini Qüdsə köçürəcəyi barədə bəyanatından sonra verib. Artıq  respublikaçı senatorlar səfirliyin köçürülməsi və Qüdsün İsrail paytaxtı kimi tanınmasına dair təklif irəli sürüblər, bununla bağlı qanun layihəsi hazırlayıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar