Dövlət büdcəsindən maliyyələşən bağçalarda yoxlama aparılıb
02.06.2016 752 0.0 0

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
 
Məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri  və Uşaq Evləri  İdarəsinə, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram  təsdiq edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar