Dövlət büdcəsinə olunacaq dəyişikliklərin tarixi açıqlanıb
16.02.2016 491 0.0 0

Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.
Qazeta.info bildirir ki, parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.
 
Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələrin müzakirəsi salınıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar