Qazeta.info Əmlak Məsələləri Dövlət Komitəsinin saytına istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Qazeta.info bu dəfə 01, 09 və 15 mart 2016-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırır.
Qazeta.info bildirir ki, avtomobillərin hərracı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Zeynal Xəlil küçəsi 11a ) həyata keçirilir.
Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən olunmuş 10% məbləğində beh Mərkəzi Bankda – müvafiq nömrəli hesaba köçürülməlidir.
Məlumat üçün qeyd edək ki, hərraclarda iştirak etmək istəyənlər lazımı və dəqiq məlumat almaq üçün yuxarıda göstərilən ünvana müraciət etməlidirlər.Əlavə olaraq bildirək ki, ətraflı məlumatı siz Əmlak Məsələləri Dövlət Komitəsinin saytından da əldə edə bilərsiniz.
.