İnauqurasiya günü Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı sui-qəsd hazırlanıbmış.
Məlumata görə, bu barədə "Zvezda" telekanalı məlumat yayıb. Bu bəyanatla dövlət mühafizəsinin rəhbəri Valeriy Qeletey çıxış edib.
Onun sözlərinə görə, prezident kortejinin yolunun üstə içinə partlayıcı doldurulmuş vedrə tapılıb. Vedrə Kiyevdə dövlət başçısının iqamətgahının divarına bərkidilbmiş. Partlayıcı qurğu mobil telefonun siqnalı ilə işə düşməli imiş.
Verilən məlumata görə, vedrə tam təsadüf nətiəsində tapılıb. Kolluqda səs-küy eşidən mühafizəçilər əraziyə baxmağı qərara alıblar.
Sui-qəsdi etmək istəyənlərin taleyi barədə məlumat yoxdur.
Pyotr Poroşenkonun inauqurasiyasiyası Ali Radanın binasında 7 iyun 2014-cü il tarixdə gerçəkləşdirilib. /anspress/