«Donuz qripi» Azərbaycan ərazisində - 4 nəfərdə…
15.01.2016 927 0.0 0

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “donuz qripi” virusu sürətlə yayılır.

 Qazeta.info xəbər veriri ki, Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, Qarabağdakı separatçı rejimin “Səhiyyə Nazirliyi” 4 xəstəliyə yoluxma faktını təsdiqləyib. Xəstələrdən 2-si ağır durumda olduğu üçün həkim nəzarəti altında saxlanılır.

Hazırda Qarabağda soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilən 70 nəfər “donuz qripi”i şübhəsi ilə tibbi nəzarət altında saxlanılır.

Məlumata görə “donuz qripi”nə görə işğal altındakı Xankəndi, Şuşa və Xocavənddə məktəblərin əksəriyyəti bağlanıb və tibb mərkəzləri gücləndirilmiş iş rejiminə keçib./Modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar