DONETSK YENƏ QARIŞDI
11.11.2014 1625 0.0 0

Ukraynanın Donetsk vilayətində atışma nəticəsində dinc sakinlər ölüb.

Bu barədə Donetsk vilayəti Dövlət Adminstrasiyası açıqlama verib.

Bildirilir ki, Avdeyevkada yaşayış massivinə top mərmiləri atılıb. 7 top mərmisinin atılması nəticəsində partlayışlar olub və nəticədə 3 dinc sakin və nir hərbçi ölüb, 7 nəfər isə aağır yaralanıb.

Bundan başqa, kommunikasiya xətləri və yaşayış evləri ciddi zərər görüb.

Hadisə şahidlərinin sözlərinə görə, mərmilər rusiyameyilli separatçıların nəzarət etdiyi ərazidən atılıb.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar